2024-2025-ci illərdə Azərbaycanın xarici borcu $5 milyarda qədər azala bilər. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
“Hazırda bizim xarici dövlət borcu $6,5 milyard təşkil edir. Növbəti iki ildə Azərbaycanın borcu $5 milyarda qədər azala bilər», - Şərifov cümə axşamı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hökumət daxili bazarda borcları artıra bilər.
“Dövlət istiqrazlarının (Maliyyə Nazirliyi tərəfindən emissiya olunan - İF) tədavül müddətinin artırılması imkanını nəzərdən keçiririk. Əgər hazırda onların tədavül müddəti 7 il təşkil edirsə, biz bu müddəti 10 ilə qədər artıra bilərik”, - Şərifov əlavə edib.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən, 1 oktyabr 2023-cü il tarixinə Azərbaycanın dövlət borcunu 17 milyard 203,3 milyon manat və cari il üçün planlaşdırılan ÜDM-in 14,4%-i, o cümlədən xarici borcunu $6 milyard 535 milyon (11 milyard 109,5 milyon manat) və ya ÜDM-in 9,3%-i, daxili borcunu isə 6 milyard 93,8 milyon manat və ya ÜDM-in 5,1%-i səviyyəsində qiymətləndirir.
Maliyyə Nazirliyinin proqnozlarına görə, 2023-cü ilin sonuna Azərbaycanın dövlət borcu 26 milyard 803,6 milyon manat və ya ÜDM-in 22,4%-i səviyyəsində gözlənilir. Həmçinin, xarici borc 10 milyard 848,2 milyon manat ($6 milyard 381,3 milyon) və ya ÜDM-in 9,1%-i səviyyəsində, daxili borcu – 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3%-i səviyyəsində gözlənilir.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilin sonuna Azərbaycanın dövlət borcu 27 milyard 678 milyon manata qədər və ya 23,4% (2023-cü ilin sonuna olan göstəricidən +3,2%) artacaq, xarici borcu 18% - 8 milyard 898,7 milyon manatadək ($5 milyard 234,5 milyon) və ya ÜDM-in 7,5%-i azalacaq, daxili borcu isə 17,7% - 18 milyard 779,4 milyon manata qədər və ya ÜDM-in 15,9%-i artacaq. **
B.Rüstəmbəyov