Cümə axşamı Azərbaycan Mərkəzi BankınIN (AMB) nümayəndələri ölkəmizdə səfərdə olan SWIFT təşkilatının Rusiya, Qafqaz və Mərkəzi Asiya regionu üzrə rəhbəri Matthieu De Heering ilə görüş keçiriblər.
“Görüşdə SWIFT təşkilatının Azərbaycanda fəaliyyət göstərən maliyyə institutları arasında əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və yeni ödəniş həllərinin təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb”, - “İnterfaks-Azərbaycan” agentliyi AMB-yə istinadən xəbər verir.
Həmçinin, tərəflər AMB və SWIFT arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə ediblər. **
X.Nəsirzadə