İsrailin Müdafiə Ordusu (İMO) bir neçə istiqamətdə birdən hərəkət edərək Qəzza şəhərini mühasirəyə alır. Bu barədə cümə axşamı İsrailin Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi bəyan edib.
«Qoşunlar Qəzza zolağının şimal hissəsinin mərkəzindədirlər, Qəzza şəhərində hərəkət edirlər, onu mühasirəyə alırlar, quru hücumunu gücləndirirlər», - «The Times of Israel» nəşri onun Hərbi Hava Qüvvələri bazasına ziyarəti zamanı sözlərindən sitat gətirir.
O qeyd edib ki, hərbçilərə «havadan və dənizdən atəş ilə» kömək edirlər. General-leytenant həmçinin İMO-nun itkiləri ilə bağlı məlumat verib - quru əməliyyatı zamanı 18 nəfər həlak olub.
Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri Qəzzaya zərbələr zamanı potensialın yarısından daha azından istifadə edilb, lakin bu növ qoşunu digər cəbhələrdə də istifadə etməyə hazırdır. **