İsrailin Müdafiə Ordusunun (İMO) HƏMAS qruplaşmasının bütün yeraltı infrastrukturunu məhv etmək üçün vasitəsi var. Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib.
«Bütün tunelləri ələ keçirmək və onları sıradan çıxarmaq üçün unikal həllərimiz var və biz bunu etməyə hazırıq», - “Haaretz” nəşri nazirin sözlərindən sitat gətirir.
O əlavə edib ki, dünyanın bir çox digər ordularının bu sahədə İMO kimi imkanlarının olduğuna əmin deyil. **