İsrailin quru qoşunları Qəzza şəhərini tamamilə mühasirəyə alıb. Bu barədə İsrailin Müdafiə Ordusunun (İMO) nümayəndəsi Daniel Haqari cümə axşamı bəyan edib.
«Qoşunlarımız HƏMAS qruplaşmasının fəallıq mərkəzi olan Qəzza şəhərinin mühasirəsini başa çatdırıblar», - “The Times of Israel» nəşri
onun sözlərindən sitat gətirir.
O qeyd edib ki, İsrail hərbçiləri qabaqcıl müşahidə postlarının, raket atış mövqelərin, düşmənin canlı qüvvəsinin məhv edilməsini davam etdirirlər. Onun sözlərinə görə, atəşkəs variantı hazırda gündəmdə deyil.
Haqari əlavə edib ki, «Hizbullah» hərəkatı və Yəmənin üsyançı-husitləri İsrailə hücumları aktivləşdirib, onun diqqətini Qəzza zolağından yayındırmağa çalışırlar. **