“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs 2022-2024-cü illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
Tender təklifləri 5 dekabr saat 15:00-dək qəbul olunur. Tender proseduru 6 dekabr saat 15:00-da baş tutacaq.
Əlaqələndirici şəxs: Hüseyn Ağazadə; telefon: (+99412) 525-41-30 (daxili: 5155); email:huseyn.aghazada@sosial.gov.az.
Tenderin şərtlərinə görə, 2022-ci il üzrə audit rəyi 30 dekabr 2023-cü il, 2023-cü il üzrə audit rəyi 1 iyun 2024-cü il, 2024-cü il üzrə audit rəyi isə 1 iyun 2025-ci il tarixlərinədək hazır olmalı və təhvil verilməlidir.*
X.Nəsirzadə