Energetika Nazirliyi istilik təchizatı sahəsində səmərəliliyin, dayanıqlığın və etibarlılığın artırılması üzrə təkliflərin hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə xidmətlərin satın alınması üzrə təkliflər sorğusu elan edir.
Təkliflər 22 noyabr saat 16:00-dək qəbul olunur. Təklif zərfləri 23 noyabr saat 16:00-da açılacaq.
Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlarına və təcrübəyə malik olmalıdırlar.
Əlaqələndirici şəxs – Leyla Adıgözəlbəyova.
Telefon: +(99412) 596 16 53/54 (daxili 1034).*
N.Abbasova