Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Görüş Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu yubiley Zirvə görüşü çərçivəsində baş tutub.
“Görüşdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycanla Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib.
Ərdoğan Əliyevi Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik edib.*
R.Kərimov