“Dobrina” MMC (RF-nin Orlov vilayəti) Azərbaycana ət məhsulları tədarük etmək üçün icazə alıb.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”un məlumatına istinadən xəbər verir ki, qurum oktyabrın sonunda müəssisənin məhsullarını yoxlayıb və “Dobrina” MMC-ni ixracatçıların reyestrinə daxil edib.
“İndi müəssisə istehsal etdiyi ət məhsullarını Azərbaycana ixrac edə bilər”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə