Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar-sentyabr aylarında təşkil etdiyi 71 valyuta hərracında $2 milyard 555,7 milyon məbləğində xarici valyuta satılıb.
“2023-cü ilin yanvar-sentyabr aylarında təşkil edilmiş 71 valyuta hərracında $2 milyard 555,7 milyon məbləğində xarici valyuta satılıb ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən $1 milyard 301,6 milyon azdır”, - deyə Hesablama Palatasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Hərracların 99%-də təklif tələbi üstələyib.*
R.Əhmədov