İsrail Müdafiə Ordusunun əsgərləri Qəzza zolağında HƏMAS-ın yeraltı tunellərini aşkarlamaqda və məhv etməkdə davam edir. Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat verilib.
“Yahalom” bölməsinin əsgərləri Qəzza zolağında xüsusi əməliyyatlar zamanı HƏMAS-a məxsus tunelləri aşkarlayaraq zərərsizləşdiriblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hərbçilər tunelləri məhv etmək üçün partlayıcı maddələrdən istifadə ediblər.*