Səhiyyə naziri Teymur Musayev Avstriyanın tibb avadanlıqları istehsalçısı “Meteka”nın rəhbəri Roland Katşniq və “Qatar Pharma”nın idarə heyətinin sədri Əhməd Məhəmməd əl-Hayyi əs-Suleyti ilə səhiyyə və əczaçılıq sahəsində birgə layihələrin reallaşdırılmasını müzakirə edib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Görüşdə səhiyyə və əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və beynəlxalq aparıcı şirkətlərin ölkəmizlə fəaliyyət istiqamətləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Görüşdə “Meteka” şirkətinin dünyada ilk dəfə olaraq tibbi tullantıların dezinfeksiyası üçün cihazlar hazırladığı, “Qatar Pharma”nın isə yüksək keyfiyyətli dərman istehsalı üzrə ixtisaslaşdığı bildirilib.
“Tərəflər müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq üzrə potensial imkanları müzakirə ediblər”, - deyə nazirlikdən qeyd olunub.*
R.Kərimov