Prezident İlham Əliyev noyabrın 3-də “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatıdır.
Nizamnaməyə əsasən, Akademiyanın Rəyasət Heyətinin üzvləri 5 il müddətinə seçilir.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə