İsrailin humanitar fasiləyə razılıq verməsi ABŞ-a Vaşinqtonun Qəzzadakı əməliyyatları dəstəklədiyi üçün üzləşdiyi təzyiqi azaltmağa kömək edəcək. “Axios” portalının məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı israilli həmkarları ilə görüşdə deyib.
Blinkenin sözlərinə görə, humanitar fasilə İsrailin quru əməliyyatı üçün daha çox vaxt qazanmasına da imkan verəcək.
Eyni zamanda, Vaşinqton Blinkenin şənbə günü İordaniyada bir qrup ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşündə Amerikanın İsraili dəstəkləməsi ilə əlaqədar Bayden administrasiyasının siyasətinin tənqid ediləcəyindən narahatdır.*