Mənzil İnşaatı Dövlət Agentliyinin nəzdindəki “MİDA” MMC Yevlax şəhərində 6 çoxmənzilli yaşayış binasının tikintisi üzrə açıq tender elan edib.
Tender iki lot üzrə keçirilir.
Birinci lot 1, 2 və 3 nömrəli, ikinci lot isə 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur.
Hər bir lot üzrə tenderdə iştirak haqqı 1000 manatdır.
Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 21 dekabr saat 15:00-dək qəbul olunur. Tender proseduru 22 dekabr saat 17:00-da baş tutacaq.
Yaşayış kompleksi 1,9 ha torpaq sahəsində inşa olunacaq.*
B.Rüstəmbəyov