Azərbaycan Respublikasının Energetika Nazirliyi bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü-müşahidə işlərinin təşkil edilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair təkliflər sorğusu elan edir.
Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlarına və təcrübəyə malik olmalıdırlar.
Təkliflər 23 noyabr saat 12:00-a qədər qəbul olunur. Təklif zərfləri 24 noyabr saat 12:00-da açılacaq.
Əlaqələndirici şəxs – Leyla Adıgözəlbəyova. Telefon +(99412) 596 16 53/54 (daxili 1034).*
N.Abbasova