2020-ci il noyabrın 10-dan 2023-cü il noyabrın 3-nə qədər 336 Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub, onlardan 65 nəfəri həlak olub. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.
O qeyd edib ki, minaların qurbanları, əsasən, mülki şəxslərdir.
“Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq”, - deyə Hacıyev bildirib.
Əliyevin köməkçisinin təqdim etdiyi statistik məlumata görə, hesabat dövründə mina partlayışları nəticəsində 50 mülki şəxs və 15 hərbçi həlak olub, 271 nəfər (107 mülki şəxs və 164 hərbçi) isə müxtəlif dərəcəli xəsarətlər alıb.
O əlavə edib ki, 1991-ci ildən indiyədək 3415 Azərbaycan vətəndaşı, o cümlədən 357 uşaq Ermənistanın mina terrorunun qurbanı olub.*
R.Kərimov