Pakistan hərbçiləri Hərbi Hava Qüvvələrinin (HHQ) “Mianvali” bazasına hücum etməyə cəhd göstərən bir qrup terrorçunu zərərsizləşdiriblər.
“Şənbə günü səhər saatlarında Pakistan HHQ-nin “Mianvali” təlim bazasına terror hücumu olub. Hərbçilərin çevik reaksiyası nəticəsində hücumun qarşısı alınıb və heyətin təhlükəsizliyi təmin olunub”, - deyə “The Dawn” nəşri bildirir.
Məlumata görə, üç terrorçu məhv edilib, daha üç terrorçu isə ələ keçirilib.
Hücum nəticəsində üç təyyarə və bir yanacaq çəni zədələnib.
Hücuma görə məsuliyyəti “Təhrik-i-Cihad Pakistan” qruplaşması öz üzərinə götürüb.*