Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 29,831 milyon avro dəyərində (azalma 1,7 dəfə) 5,604 min ton qabığı təmizlənmiş meşə fındığı (azalma 1,5 dəfə) idxal edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.
Hesabat dövründə Azərbaycan Almaniyaya 16,503 milyon avro dəyərində (artım 1,6 dəfə) 3,037 min ton (artım 1,7 dəfə), İtaliyaya 8,527 milyon avro dəyərində (azalma 4,5 dəfə) 1,623 min ton meşə fındığı (azalma 4,1 dəfə) ixrac edib.
Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,103 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,061 min ton meşə fındığı (artım 42,7%) idxal edib.*
R.Kərimov