Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlanır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Qarabağ problemi ilə əlaqədar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”, - deyə o bildirib.*