2023-cü ilin yanvar-avqust aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 2,476 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 103,815 milyon avro (artım 14%) təşkil edib.
Yanvar-avqust aylarında Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Almaniya (28,36 milyon avro məbləğində (artım 11,6%) 809 ton (azalma 20,8%), Macarıstan (23,345 milyon avro məbləğində (artım 47,9%) 593 ton (artım 87%) və Sloveniya (13,232 milyon avro məbləğində (artım 16,8%) 266 ton (azalma 0,1%) daxil olub.
Avqustda Aİ ölkələri Azərbaycana 11,748 milyon avro dəyərində (artım 30,7%) 333 ton əczaçılıq məhsulları (artım 73,6%) ixrac edib. Hesabat ayında ən iri ixracatçıların üçlüyünə Almaniya (2,789 milyon avro məbləğində (artım 38,8%) 142 ton (artım 3,1 dəfə), Macarıstan (2,59 milyon avro məbləğində (artım 39,7%) 107 ton (artım 3,6 dəfə) və Sloveniya (1,608 milyon avro məbləğində (azalma 9,4%) 20 ton (azalma 1,8 dəfə) daxil olub.
Avrostatın yenidən nəzərdən keçirilmiş məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,527 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 1,3%) 3,458 min ton əczaçılıq məhsulları (artım 31,8%) ixrac edib.*
R.Kərimov