“Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC 2023-2025-ci illər üçün maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarının Beynəlxalq Audit Standartları əsasında illik auditinin keçirilməsi xidmətinin satın alınması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 450 manatdır.
Qalibin vəzifələrinə “Azəralüminium” MMC-nin də auditinin keçirilməsi daxildir.
Şərtlərə görə, ASK və “Azəralüminium” MMC-nin 2023-cü il üzrə auditinə dair rəylər 31 may 2024-cü il tarixinədək, 2024-cü il üzrə 31 may 2025-ci il tarixinədək, 2025-ci il üzrə 31 may 2026-cı il tarixinədək təqdim edilməlidir.
Tender təklifləri 7 dekabr 2023-cü il saat 17:00-a qədər qəbul olunur. Təklif zərfləri 8 dekabr saat 10:00-da açılacaq.
Əlaqələndirici şəxs: Mahir Rəcəbli; Telefon: (+99477) 277-11-06; email:mahir.rajabli@ask.gov.az.*
X.Nəsirzadə