Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işlərinə “Ricon” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 2,2 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, işlər 25 aprel 2024-cü il tarixinədək başa çatdırılmalıdır.*
B.Rüstəmbəyov