Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas ticarət tərəfdaşıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün almaniyalı həmkarı Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 70%-i Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi $1,3 milyard təşkil edib, 2023-cü ilin 9 ayı ərzində 60% artıb”, - deyə o bildirib.
Bayramovun sözlərinə görə, hazırda Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir.
Almaniya şirkətləri Azərbaycana $810 milyon, Azərbaycan isə Almaniya iqtisadiyyatına $550 milyon sərmayə qoyub.
O əlavə edib ki, Azərbaycan və Almaniya ticarət, enerji, infrastruktur, qarşılıqlı investisiya qoyuluşu sahələrində uğurlu layihələr həyata keçirib.*
X.Nəsirzadə