“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yollarının rəqəmsallaşdırılması çərçivəsində İT məhsulları və avadanlığın satınalınması vəbir sıra işıərin icrası məqsədilə üç müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, ADY “SMARTIT” MMC, "B2B GROUP" MMC və "İNFİNİTECH" MMC ilə müqavilələr imzalayıb. Müqavilələrin ümumi dəyəri – 6 milyon 359 min 854,16 manatdır.
“SMARTIT” MMC ilə müqavilə İKT texniki məhsulları və lisenziyalarının yenilənməsini nəzərdə tutur. Müqavilənin dəyəri 4 milyon 307 min 196,03 manatdır.
“İnfinitech” MMC ilə bağlanmış 1 milyon 66 min 985,5 manat dəyərində müqavilə İKT avadanlıqlarının satın alınmasını nəzərdə tutur. Dəyəri 985 min 672,63 manat təşkil edən «B2B GROUP» MMC ilə bağlanmış müqavilə layihə çərçivəsində müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsini nəzərdə tutur. **
N.Abbasova