2024-cü ilin sonuna Azərbaycanda orta aylıq pensiyanın məbləği 511,4 manata ($301) çatacaq.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü ilin büdcə layihəsinə rəyində qeyd olunub.
DSMF-nin proqnozlarına əsasən, 1 yanvar 2024-cü ilə Azərbaycanda orta aylıq pensiyanın məbləği 492,3 manat (2023-cü ilin əvvəlinə olan göstəricidən +13,2%) təşkil edəcək.
2025-ci ilədək orta aylıq pensiya 511,6 manatadək (artım 3,9%) artacaq.
Palatanın materilarına görə, 2023-cü ildə DSMF-nin büdcəsindən pensiya və müavinətlərin ödənişinə 5 milyard 910,1 milyon manat ayrılacaq.
2024-cü il üçün DSMF-nin büdcəsində bu məqsədlərə 6 milyard 681,6 milyon manat (2023-cü ildə bu məqsədlərə faktiki xərlərdən +13,1%) nəzərdə tutulur.
Həmçinin, Palatanın materiallarına əsasən, 2023-cü ilin sonuna Azərbaycanda pensiyaçıların sayı cari ilin əvvəlinə olan 1 milyon 114,2 min nəfərə qarşı 1 milyon 98,8 min nəfər təşkil edəcək, yəni azalma 1,4% olacaq.
2025-ci ilin əvvəlinə pensiyaçıların sayı (2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə) 0,4% - 1 milyon 103 min nəfərədək artacaq. **
B.Rüstəmbəyov