Vaşinqton İrana və “Hizbullah” hərəkatına xəbərdarlıq ünvanlayıb ki, İsrailə hücum edəcəkləri təqdirdə ABŞ cavab verməyə hazır olacaq. Bu barədə “The New York Times” (NYT) Amerika hökumətinin adları açıqlanmayan nümayəndələrinə istinadən xəbər verir.
«Rəsmi şəxslər bəyan ediblər ki, ABŞ prezidenti Co Baydenin administrasiyası regional tərəfdaşlar vasitəsilə İrana və “Hizbullah” «siqnallar göndərib ki, İsrailə hücum edəcəkləri təqdirdə ABŞ onlara qarşı hərbi aksiyalara hazır olacaq», - nəşr xəbər verir.
Eyni zamanda, ABŞ dövlət katibi Antoni Blinken Ankaraya səfərə gəlib. O, burada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək. **