İsrailin Müdafiə Ordusu bazar ertəsi Qəzza zolağının sakinlərinə anklavın şimalından cənubuna getmək imkanı vermək üçün humanitar dəhliz təşkil edir. Bu barədə «The Times of Israel» xəbər verir.
Nəşr xatırladır ki, belə dəhliz dünən bir neçə saat əvvəl də fəaliyyət göstərib.
Bəzi məlumatlara görə, qəzzanın təxminən 800 min sakini anklavın cənubuna gedib. Lakin bir çoxları şimalda qalmaq istədiklərini bildirərək Qəzza zolağının cənubunda da hava hücumları və humanitar problemlərin qeyd olunduğunu bildiriblər. **