Bakı İrəvanda sülhə yönəlib və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma məsələsində konstruktiv mövqeyə ümid edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
"Biz qarşı tərəfdən (Ermənistandan - İF) konstruktiv mövqe və cavab addımları gözləyirik”, - Bayramov bazar ertəsi rumıniyalı həmkarı Luminica Odobesku ilə danışıqların yekunlarına dair bildirib.
“İnterfaks-Azərbaycan” nazirin sözlərindən sitat gətirir. O qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan tam azad edilməsi və “suverenliyin tam bərpası Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır”.
Bayramovun rəyinə görə, bu “təkcə iki ölkənin deyil, həm bütövlükdə regionun, o cümlədən, ondan kənarda aktorlar üçün səmərəli olacaq”.
O əlavə edib ki, Azərbaycan Ermənistanla sülhə yönəlib və ümid edir ki, “münasibətlərin normallaşması üçün bu unikal şans qaçırılmayacaq”. **
R.Kərimov