Çexiya 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 1,435 milyon ton neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin Çexiya Statistika İdarəsindən əldə etdiyi məlumata əsaslanan hesablamalarına görə, Azərbaycan Çexiyaya 872,068 milyon avro dəyərində neft (azalma 5,4%) ixrac edib.
Yanvar-sentyabr aylarında Çexiya neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% - 5,534 milyon tona qədər artırıb. Tədarükün dəyəri 2,732 milyard avro (-21,8%) təşkil edir.
Yanvar-avqust aylarında Çexiyaya neftin əsas tədarükçülərinin üçlüyünə Rusiya (1,489 milyard avro məbləğində 3,476 milyon ton), Azərbaycan (872,068 milyon avro məbləğində 1,435 milyon ton) və Qazaxıstan (241,376 milyon avro məbləğində 405,705 min ton) daxil olub.
Sentyabrda Çexiya 397,512 milyon avro dəyərində (-10%) 622,975 min ton neft (ildən ilə -8,5%) idxal edib.
Hesabat ayında Çexiyaya neft tədarükçülərinin ilk üçlüyünə Rusiya (217,102 milyon avro məbləğində 340,539 min ton), Azərbaycan (120,651 milyon avro məbləğində 187,382 min ton) və Qazaxıstan (37,66 milyon avro məbləğində 59,714 min ton) daxil olub.
Sentyabrda Azərbaycandan Çexiyaya neft tədarükü miqdar ifadəsində 41,4%, dəyər ifadəsində 2% artıb.**
R.Kərimov