Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya səfər çərçivəsində bu ölkənin baş naziri Marçel Çolaku ilə görüşüb.
“İnterfaks-Azərbaycan” XİN-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.
Görüş əsnasında Bayramov və Çolaku həmçinin iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunublar və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
O ümlədən, BayramovÇolakunu Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.
“Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, - Azərbaycan XİN-dən vurğulanır. **
X.Nəsirzadə