BMT-nin baş katibi Antoniu Quterriş İsrail və HƏMAS arasında münaqişənin genişlənməsindən və ona yeni iştirakçıların qoşulmasından ehtiyat etdiyini bir daha bəyan edib, gərginləşmənin aradan qaldırılması üçün diplomatik səylər göstərməyə çağırıb.
"Mən hələ də bölgədə zorakılığın artmasından və münaqişənin genişlənməsindən ciddi narahatam... Bölgədə münaqişənin yayılması riskini də unutmamaq vacibdir", - o, bazar ertəsi jurnalistlərə müraciətində bildirib.
Quterriş xatırladıb ki, artıq Livan, Suriya, İraq və Yəmən tərəfindən gərginlik müşahidə etmək mümkündür və bəyan edib ki, bu dayandırılmalıdır.
“Sağlam düşüncə və diplomatik səylər zəfər çalmalıdır. Nifrət ritorikası və təxribatçı hərəkətlər dayandırılmalıdır", - BMT-nin baş katibi qeyd edib.
O, həm antisemitizmin artmasından, həm də dünyanın müxtəlif ölkələrində müsəlmanların sıxışdırılması hallarından narahat olduğunu bəyan edib. **