Bakı və Zaqreb 2024-cü ilin əvvəlində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəlib. Bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç deyib.
“Biz sonuncu dəfə 2021-ci ildə Xorvatiyada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının gələn ilin əvvəlində Azərbaycanda keçirilməsi barədə razılığa gəldik”, - deyə Xorvatiya KİV-ləri Plenkoviçin sözlərindən sitat gətirir.
Plenkoviç bazar ertəsi Azərbaycana birgünlük səfəri çərçivəsində ölkə rəhbərliyi ilə danışıqlar aparıb.
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 2021-ci il oktyabr ayının 26-da Zaqrebdə keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri mədəniyyət naziridir.*
R.Kərimov