“Azərsu” ASC İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Əlaqələndirici şəxs: Murad Abışev; Telefon: (012) 431-47-67 (daxili 1087); murad.abishev@azersu.az, Musayev Məmmədyar, 99 412 431 47 67 (daxili 2288), mammadyar.musayev#azersu.az).
İddiaçı satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığını, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini və etibarlılığını təsdiq edən, habelə son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ümumi məbləği 10 milyon manatdan az olmayan, oxşar işi əhatə edən ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat təqdim etməlidir.
Tender təklifləri 28 noyabr saat 16:00-dək qəbul olunur.
Təklif zərfləri 29 noyabr saat 16:00-da açılacaq.
Prezident İlham Əliyev 2023-cü il sentyabrın 11-də İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün “Azərsu” ASC-yə ilkin olaraq 12 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.*
B.Rüstəmbəyov