Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiya Prezidenti Aleksandr Vuçiç ikitərəfli münasibətləri, Bakı ilə Belqrad arasında əməkdaşlığın perspektivlərini, eləcə də regional hadisələri müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən bildirilib.
“Bayramov və Vuçiç ikitərəfli münasibətlərə dair məsələləri, əməkdaşlıq perspektivlərini və bölgədə baş verən son hadisələri müzakirə ediblər”, - deyə XİN-in “X” hesabındakı paylaşımında qeyd olunub.
Öz növbəsində, Vuçiç “Facebook” səhifəsindəki paylaşımında bildirib ki, tərəflər əməkdaşlığın möhkəmləndirilməsini və mühüm infrastruktur layihələri üzrə davam etdirilməsini müzakirə ediblər.
O əlavə edib ki, Bayramovu Kosovo və Metoxiyadakı vəziyyət barədə məlumatlandırıb, Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.*
R.Kərimov