Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“İşğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər. Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova