2023-cü ilin yanvar-oktyabr aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2,7 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 11,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
2023-cü ilin oktyabr ayında qeyri-neft ixracının həcmi $278,2 milyon (2022-ci ilin oktyabr ayı ilə müqayisədə +15,4%) təşkil edib.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı $3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov