Bəzi ölkələr MDB dövlətlərində legitim hakimiyyəti və onlar arasındakı əlaqəni pozmağa çalışırlar ki, bu da təhlükəsizlik şuralarından buna razılaşdırılmış kollektiv reaksiya tələb edir. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
«Bəzi ölkələrin hərəkətləri birbaşa MDB ölkələrində legitim hakimiyyətin, ictimai sabitliyin və ənənəvi dəyərlərin pozulmasına, ənənəvi sıx ticarət, kooperasiya, mədəni əlaqələrimizin pozulmasına yönəlib», - deyə o, MDB ölkələri təhlükəsizlik şurası katiblərinin ХI iclasının iştirakçılarına videomüraciətində qeyd edib
O qeyd edib ki, MDB ölkələri üçün terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti, qanunsuz miqrasiya, radikalizm və ekstremizm kimi ümumi təhdidlər, həmçinin iqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlik sahəsində risklər qalmaqdadır.
«Bütün bunlar - nəinki razılaşdırılmış kollektiv reaksiya, həm də böyük profilaktik iş tələb edir», - Putin deyib.
Bütövlükdə, beynəlxalq vəziyyətdən söz açarkən, Rusiya dövlətinin başçısı onu mürəkkəb və gərgin adlandıraraq, xüsusilə bir sıra bölgələrdə köhnə münaqişə ocaqlarının gərginləşməsinə və yenilərin yaranmasına işarə edib.
"Xüsusilə, Yaxın Şərqdə, burada Fələstin-İsrail qarşıdurmasının yeni dövrü təhrik olunub. Bundan ilk növbədə dinc insanlar əziyyət çəkir", - o izah edib.
Putinin sözlərinə görə, iclasın iştirakçıları bölgədə və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcək, ölkələrinin vətəndaşlarının daxili və xarici təhdidlərdən daha etibarlı qorunmasına töhfə verən təcrübə və praktik işlərin mübadiləsini həyata keçirəcək, perspketiv üçün birgə addımları qeyd edəcəklər. **