Çərşənbə günü İran ərazisində Azərbaycan sərhədi yaxınlığında 4,7 maqnitudalı ikinci zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Seysmoloqların operativ məlumatlarına əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə 11:08-də qeydə alınıb.
Zəlzələnin episentrinin koordinatları 39.31 N, 48.13 E, dərinliyi 19 km olub.
Seysmoloqlar qeyd ediblər ki, yeraltı təkanlar Azərbaycanın 6 rayonunda hiss olunub.
Daha öncə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib ki, çərşənbə günü səhər saatlarında İran ərazisində Azərbaycan sərhədi yaxınlığında 5.1 maqnitudalı zəlzələ baş verib.
Seysmoloqların operativ məlumatlarına əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə 09:18-də qeydə alınıb.
Zəlzələnin episentrinin koordinatları 39.28 N, 48.07 E, dərinliyi 15 km olub.
Seysmoloqlar qeyd ediblər ki, yeraltı təkanlar Azərbaycanın 8 rayonunda hiss olunub. **
İnformasiya şöbəsi