Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, bu gün Azərbaycan hərbçiləri Ermənistanla sərhəddə vəziyyətə nəzarət edirlər.
“Dərhal (2020-ci ilin payızında İkini Qarabağ müharibəsindən sonra - İF) Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük”, - Əliyev çərşənbə günü 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri “sərhəddə mövqelərini tədricən yaxşılaşdırdılar” və müxtəlif tədbirlər nəticəsində “Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq”.
“Biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir”, - Azərbaycan prezidenti əlavə edib. **
R.Əhmədov