Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, artıq ölkədə separatçılığın kitabi birdəfəlik bağlandı.
“Bununla (erməni -İF) separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik”, - Əliyev çərşənbə günü 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Onun sözlərinə görə, 2023-cü il aprelin 23-də Azərbaycan Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyünü tam bərpa etdi”. “Və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik”, - Əliyev əlavə edib.
Həmçinin, prezident vurğulayıb ki, son illər Azərbaycan Ermənistana mesajlar göndərirdi, lakin İrəvanda buna məhəl qoymadılar: “Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. “Əgər o vaxt mənim sözümə baxsaydılar (Ermənistanda - İF), sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların (ermənilərin - İF) bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”, - Azərbaycan lideri bəyan edib.**
R.Əhmədov