Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edir ki, Ankara Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları Bakı ilə birlikdə davam etdirəcək.
“Bir millət, iki dövlət” şüarı ilə təcəssüm olunan, “Sevincdə və kədərdə birlik” anlayışı ilə yoğurulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə, ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq”,- Ərdoğanın 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
Sənəd çərşənbə günü Azərbaycanın dövlət başçısının saytında dərc olunub.
Türkiyə prezidenti məktubunda qeyd edib ki, “işğaldan azad edilmiş bölgələrdə (Azərbaycanın - İF) apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyir” və əlavə edib ki “Türkiyə olaraq bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm”. **
İnformasiya şöbəsi