ABŞ İrana Yaxın Şərqdə vəziyyətin gərginləşməsini istəmədiyini bildirib. Bu barədə CNN telekanalı amerikalı yüksək rütbəli rəsmiyə istinadən məlumat yayıb.
“İsrail ilə HƏMAS arasında davam edən münaqişənin yaratdığı gərginliyin artması fonunda biz İran, onun dəstəklədiyi İraq və Livandakı qruplaşmalar və regional tərəfdaşlarımızla birbaşa əlaqə saxlamaq üçün əlavə tədbirlər görmüşük”, - deyə o bildirib.
Rəsminin sözlərinə görə, məqsəd ABŞ-ın hərəkətlərinin İsrail-HƏMAS münaqişəsinə yanaşmanın dəyişməsinə dəlalət etmədiyini və Vaşinqtonun regionda münaqişəni gərginləşdirmək niyyətində olmadığını izah etmək olub.
O qeyd edib ki, ABŞ İranın dəstəklədiyi İraq və Suriyadakı qruplaşmaların hücumlarından sonra Yaxın Şərqdəki bazalarında əlavə “Patriot” ZRK batareyaları yerləşdirib.*