Ermənistan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabr ayının sonunda Minskdə keçiriləcək sammitində iştirakla bağlı hələ qərar qəbul etməyib. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“İştirakla bağlı hələ yekun qərar yoxdur. Nəzəri olaraq həm iştirak etmək, həm də iştirak etməmək mümkündür”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Bununla yanaşı, Kostanyan qeyd edib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı hüquqi proseslər həyata keçirilmir.
KTMT sammitinin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılır.*