2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı 1 milyon 724,218 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.*
X.Nəsirzadə