Senat Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.
Konqresin məlumatında deyilir ki, noyabrın 8-də bu məsələ ilə bağlı səsvermə keçirilib.
Libbinin namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülüb.
Mark Libbi ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı nümayəndəliyində müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir kimi fəaliyyət göstərib. Polyak və fransız dillərini mükəmməl bilir.*
R.Kərimov