İsraillə HƏMAS hərəkatı arasında müharibənin başladığı bir ay ərzində Qəzza zolağından İsrailə 9,5 mindən çox raket atılıb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bu raketlərin 3 mini müharibənin birinci günü atılıb. İsrail hərbçiləri qeyd edirlər ki, HƏMAS raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından da istifadə edir.
İsrail tərəfi iddia edir ki, 900-ə yaxın raket mülki obyektlərdən – məktəb, xəstəxana, məscid və mədəniyyət mərkəzlərinin ərazilərindən buraxılıb.
Hava hücumundan müdafiə sistemləri 2 minə yaxın raketi ələ keçirib və quru əməliyyatının başlamasından sonra Qəzza zolağından İsrail ərazisinə buraxılan raketlərin sayı azalıb.*