Noyabrın 11-də İran prezidenti İbrahim Rəisi Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbdənkənar sammitində iştirak məqsədilə Səudiyyə Ərəbistanına səfərə yola düşəcək. Bu barədə cümə günü İran mətbuatı rəsmi mənbələrə istinadən məlumat verir.
Həmin mənbələrə əsasən, Rəisinin Səudiyyə Ərəbistanına səfəri İsrailin təcavüzünün “dərhal dayandırılması”, blokadanın aradan qaldırılması və Qəzza zolağının sakinlərinə yardım göstərilməsinə başlanılması istiqamətində “İranın səylərini davam etdirmək” məqsədilə baş tutacaq.
İran mətbuatı İƏT-in növbədənkənar sammitin tarixinin noyabrın 12-dən noyabrın 11-nə keçirilməsini istisna etmir. **