ABŞ dövlət katibi Antoni Blinken İsraili Qəzza zolağında hərbi əməliyyatın nəticələrindən əziyyət çəkən mülki vətəndaşları qorumaq üçün daha çox səy görməyə çağırıb. Bu barədə Associated Press xəbər verir.
"Dinc vətəndaşların qorunması və humanitar yardımla təmin edilməsi üçün daha çox iş görülməlidir. Bu həftələr ərzində çox sayda fələstinli öldürülüb, çox insan xəsarət alıb və biz zərərin qarşısını almaq və onlara çatan köməyi maksimuma çatdırmaq üçün əlimizdən gələni etmək istəyirik", - Blinken Dehli səfəri zamanı jurnalistlərə bildirib.
O, İsrailin Qəzza sakinlərinə kömək etmək cəhdlərini, o cümlədən humanitar fasilələr və humanitar dəhlizlər təşkil etməsini müsbət xarakterizə edib. Bununla yanaşı, Blinken bu səylərin kifayət olmadığını bildirib.
Blinken həmçinin bəyan edib ki, ABŞ hələ də HƏMAS trəfindən girov götürülənlərin azad edilməsini təmin etmək, xarici vətəndaşların Qəzza zolağlnı tərk etmələrinə kömək etmək və münaqişənin Yaxın Şərq bölgəsində yayılmasının qarşısını almaq üçün qətiyyətlidir. **