RF Federal Antiinhisar Xidməti (FAX) 2024-cü il yanvarın 1-dən «Transneft»in neft nəqli xidmətlərinə tariflərin orta hesabla 7,2% artırılmasını təsdiqləyib. Bu barədə hüquqi informasiya portalında dərc olunan müvafiq əmrdə qeyd olunur.
«Tariflərin dəyişdirilməsi əməliyyat xərclərinin təmin edilməsi üçün, həmçinin investisiya proqramlarının həyata keçirilməsi və magistral kəmərlərin yenidən qurulması ilə əlaqədar olmalıdır», - bundan əvvəl idarənin mətbuat xidmətindən izah edilib.
«Tariflərin dəyişdirilməsi əməliyyat xərclərinin təmin edilməsi, həmçinin investisiya proqramlarının həyata keçirilməsi və magistral kəmərlərin yenidən qurulması ilə əlaqədar olmalıdır», - daha əvvəl İdarənin mətbuat xidmətindən izah edilib.
Xüsusilə, sənədə əsasən, Mahaçqala – “Şesxaris” YŞ marşrutu ilə bir ton üçün tranzitin dəyəri 453,968 rubldan (ƏDV-siz) 485,63 rubladək, “Azərbaycan Respublikası/Rusiya Federasiası sərhədi - “Şesxaris” YŞ marşrutu ilə bir ton üçün tranzitin dəyəri 888,29 rubldan (ƏDV-siz) 952,18 rubladək artır.
1 yanvar 2023-cü ildən “Transneft” xidmətlərinin tarifləri 5,99%, 2022-ci ildə - 4,3%, 2021-ci ildə - 3,6% indeksləşdirilib. **